Sumqayıtda Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 6 aylıq hesabatı dinlənildi

416

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2025-ci ilin ilk yarımilliyinə dair hesabat iclası keçirilib.

Tədbirə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, komissiyanın sədri Ülviyyə Müzəffərova rəhbərlik edib. İclasda komissiya üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İştirakçılar arasında şəhər prokurorunun köməkçisi Ləman Dadaşzadə, Sumqayıt Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Azər Bağırov, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Zaur Şahbalayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev, Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Mahmudzadə, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin rəisi Təranə Novruzova da yer alıblar.

İclasda 6 ay ərzində komissiya tərəfindən görülmüş işlər, qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə geniş məlumat verilib. Uşaq hüquqlarının müdafiəsi istiqamətində müxtəlif sahələrdə həyata keçirilən tədbirlər müzakirə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Sonda qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və prioritetlər müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər