Sumqayıt şəhərində fəaliyyət göstərən Bayraq Muzeyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə silsilə tədbirlər təşkil olunub.
Ziyarətçilər burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlərlə tanış olur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Sumqayıt şəhərində fəaliyyət göstərən “Kaspi” təhsil mərkəzində təhsil alan uşaqların da Bayraq Muzeyinə səfərləri təşkil olunub.
Uşaqlar muzeydə sərgilənən qədim və müasir Azərbaycan bayraqları və Cümhuriyyət bayrağı haqqında məlumat alaraq, tariximizlə tanış oldular.
Bulvar ərazisində görülən işlərlə tanış olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpələrlə xatirə fotosu çəkdirib.