Sumqayıtda uşaqlar üçün maarifləndirici tədbir keçirilib

134

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Uşaq Hüquqları üzrə Komissiyanın tədbirlər planına uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə maarifləndirici görüş keçirilib.

Tədbirdə “Sağlam qidalanma”, “Sağlam ətraf mühit”, “Erkən nikah” və “Erkən nikahın mənfi nəticələri” mövzularında uşaqlarla geniş söhbətlər aparılıb.

Görüş Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevtinin iştirakı ilə keçirilib. Həkim uşaqların düzgün qidalanmasının onların fiziki və zehni inkişafında oynadığı rol barədə ətraflı məlumat verib.

Diskussiya şəraitində keçən tədbirdə uşaqların sualları cavablandırılıb, sağlam həyat tərzinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirin sonunda komissiya üzvləri tərəfindən iştirakçılara məlumat blankları paylanılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər