Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə uşaqların ictimai fəallığının artırılması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Ülviyyə Müzəffərova, aidiyyəti dövlət qurumlarının nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlarda uşaqların cəmiyyət həyatında fəal iştirakının əhəmiyyəti, onların hüquq və vəzifələri, sosial təşəbbüslərdə rolunun artırılması, həmçinin təhlükəsiz və sağlam mühitdə formalaşmalarının vacibliyi vurğulanıb. Qeyd olunub ki, məktəblilərin erkən yaşlardan ictimai fəallığa təşviq edilməsi onların vətəndaş mövqeyinin formalaşmasına və gələcəkdə cəmiyyətə faydalı fərd kimi yetişməsinə mühüm töhfə verir.
Tədbir çərçivəsində məktəblilərin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb və mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib. Sonda bu cür tədbirlərin davamlı olaraq təşkilinin əhəmiyyəti qeyd olunub.



Müzakirə qapadılmışdır.