Sumqayıtda keçirilən “Təmiz şəhər və sağlam gələcək uğrunda səfərbərlik” adlı velo-yürüş böyük maraqla qarşılanıb. Heydər Əliyev Mərkəzindən başlayan və Sumqayıt bulvarına qədər davam edən 9 kilometrlik yürüşdə 100-dən çox şəhər sakini və məktəblilər iştirak etdilər. Tədbirin məqsədi Sumqayıtı daha təmiz və sağlam bir velo-şəhərə çevirmək olub.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan bu tədbir şəhər sakinləri tərəfindən böyük motivasiya və dəstəklə qarşılanıb.
Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələri” çərçivəsində maliyyələşdirilib.
Müzakirə qapadılmışdır.