Sumqayıtda velo-yürüş olacaq – ELAN

168
Hər ilki ənənəmizə sadiq qalaraq bu il də velo-yürüş baş tutacaq. Bu il keçiriləcək velo-yürüşü Sumqayıtın Gənclər Paytaxtı statusuna həsr edirik. Məqsədimiz infrastruktur cəhətdən əlverişli mövqeyə və quruluşa sahib Sumqayıt şəhərini velo-şəhərə çevirmək, velosipedin ancaq idman vasitəsi kimi deyil, gündəlik sağlamlığa xidmət edən nəqliyyat vasitəsi kimi istifadəsini genişləndirmək və bu prosesin həm praktikliyini, həm də vacibliyini vurğulamaqdır. Tədbir Abşeron-Xızı regoinal Gənclər və İdman İdarəsi, Sumqayıt Bələdiyyəsi, GİKM və Sağlam Düşüncə Gənclər Təşkilatının əməkdaşlığı ilə keçirilir.
Velo-yürüş 21 sentyabr 17:00-da “Ümümdünya avtomobilsiz günü” – də baş tutacaqdır. Velo-yürüş Heydər Əliyev mərkəzindən start götürüb Sumqayıt bulvarında sonlanacaq və ümumilikdə 9 km-lik məsafəni əhatə edəcəkdir. Qeyd edilən velo-yürüş yalnız məktəblilər üçün olmayıb, həmçinin şəhəri velo-şəhərə çevirmək istəyən hər bir Sumqayıt sakini üçün açıqdır!
Tədbirin proqramı:
– Toplanış (Sumqayıt, Heydər Əliyev Mərkəzinin qarşısı)
– Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı
– Yürüş iştirakçılarının layihənin loqosu əks olunmuş köynəklərlə təmin edilməsi
– Yürüşə hazırlıq, sıralanma
– Velo-yürüş (9 KM şəhəriçi marşrut)
– Bağlanış (Sumqayıt, Bulvar yolu)
Qeydiyyat üçün son tarix: 20 Sentyabr 2025-ci il, saat – 23:59
Velo-yürüşdə iştirak üçün qeydiyyat vacibdir!
Əlaqə üçün: ⤵️
Telefon: +994558237290
Email: office@csyo-az.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər