Sumqayıtda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciətləri dinlənilib

283

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 29-da Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib. Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Sumqayıtdan və Qubadlı rayonundan olan sakinlər iştirak ediblər. Eyni zamanda, Abşeron və digər rayonların sakinlərinin də müraciətləri dinlənilib.

ƏSumqayıtda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciətləri dinlənilibvvəlcə komitə sədri Bahar Muradova və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla anıblar.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi görüşə gələn hər bir vətəndaş diqqətlə dinlənilib. Vətəndaşlar yaradılan səmimi şəraitdən yararlanaraq ailədaxili problemlərə dair hüquqi dəstəyə ehtiyac duyduqları məsələlərin həllində kömək istəyiblər. Həmçinin qadınların ictimai fəaliyyəti, məşğulluğu, işlə təmin olunması, uşaqların təhsili və yeni dərs ilinə hazırlıq, uşaqla ünsiyyət, erkən nikah və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.

Bahar Muradova komitənin səlahiyyət dairəsinə aid müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Səlahiyyət çərçivəsindən kənar olan məsələlərin müvafiq qurumlara yönəldiləcəyi bildirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər