Sumqayıtda vətəndaşlarla açıq dialoq ənənəsi davam etdirilir – VİDEOLAR

162

Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul təşkil olunub.

Görüşdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, şəhərdə son illər həyata keçirilən abadlıq və yenidənqurma layihələri Sumqayıtın inkişafında yeni mərhələ yaradıb. O qeyd edib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırıqlarına əsasən məhəllələrin kompleks abadlaşdırılması, park və istirahət guşələrinin salınması, yolların və səkilərin yenilənməsi, yaşıllıq sahələrinin genişləndirilməsi şəhər sakinlərinin rahatlığının təmin edilməsinə xidmət edir.

Teymur Səmədov vurğulayıb ki, həyata keçirilən layihələrin mərkəzində insan amili dayanır. Onun sözlərinə görə, yaradılan nümunəvi məhəllələr sakinlərin gündəlik istirahəti, uşaqların təhlükəsiz əyləncəsi və yaşlı nəslin asudə vaxtının səmərəli təşkili üçün geniş imkanlar yaradır.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov bildirib ki, şəhərin inkişaf strategiyası sakinlərin ehtiyac və gözləntiləri nəzərə alınmaqla həyata keçirilir. O qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılır, qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlarla koordinasiyalı iş aparılır.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov isə cəmiyyətin inkişafında ağsaqqalların rolunun hər zaman mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, Ağsaqqallar Şurası sakinlərlə mütəmadi əlaqə saxlayır, onların təkliflərini dinləyir, sosial məsələlərin həllində yaxından iştirak edir və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Görüş zamanı çıxış edən sakinlər şəhərdə son illər həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək yaradılan müasir şəraitə, abad həyətlərə, yaşıllıq zolaqlarına və istirahət məkanlarına görə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, onlar yaşadıqları ərazilərdə mövcud olan bəzi kommunal və sosial məsələləri də diqqətə çatdırıblar.

Qaldırılan problemlərin bir hissəsi yerində araşdırılaraq operativ həll edilib. Digər müraciətlər isə icrası üçün aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər