Sumqayıtda vətəndaşlarla və partiya fəalları ilə görüş keçirilib

1397

19 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Sumqayıt şəhər Uşaq İncəsənət Məktəbinin qarşısında Sumqayıt şəhərindən seçilən deputat Emin Hacıyev və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovun iştirakı ilə 43 saylı 3-cü seçki dairəsi üzrə vətəndaşlarla və partiya fəalları ilə görüş keçirilmişdir.

Deputat görüşdə seçicilərin problemlərini dinləmiş, onları maraqlandıran məsələrlə bağlı bir sıra suallara aydınlıq gətirmişdir. Vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həllini tapmış, digər bir sıra müraciətlərlə bağlı aidiyyəti orqanlara sorğular göndərilmişdir. Müraciətlər əsasən elektrik və istilik təchizatı, sərnişin nəqliyyatı, yaşıllaşdırma və abadlıq, sosial məsələrlə bağlı idi.

Sonda Emin Hacıyev incəsənət məktəbinin fəaliyyəti ilə yaxından tanış olmuş, musiqi ilə məşğul olan şagirdlərin ifalarını dinləmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər