Sumqayıtda yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir

62

Sumqayıtda güclü yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir
Son günlər müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində Sumqayıt şəhərində bəzi ərazilərdə çətinliklər yaranıb. Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən gücləndirilmiş rejimdə işlər davam etdirilir.
Hazırda şəhərin müxtəlif ərazilərində su basmış sahələrin təmizlənməsi, yağış sularının kənarlaşdırılması, kanalizasiya xətlərinin açılması və digər zəruri tədbirlər həyata keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və ADSEA-nın yerli qurumları, o cümlədən bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfat strukturları koordinasiyalı şəkildə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bununla yanaşı, şəhər rəhbərliyinin nəzarəti altında yaradılmış xüsusi qərargah 24 saat fəaliyyət göstərir. Qərargah üzvləri daxil olan məlumatlara dərhal reaksiya verir, operativ qurumlarla birgə yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması istiqamətində zəruri addımlar atırlar.
Eyni zamanda, vətəndaş müraciətlərinin operativ qəbulu üçün qaynar xətt fəaliyyət göstərir. Daxil olan müraciətlər dərhal araşdırılır və müvafiq qurumlarla birlikdə təxirəsalınmaz tədbirlər görülür.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər