Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhər Kimya Sənaye Parkı ərazisində yerləşən “Azertexnolayn” MMC-də və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib. Müəssisələrin personalının iştirak etdiyi tədbirlərdə ümumi ərazilərin, istehsalat sahələrinin yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti öyrənilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair tövsiyələr verilib.
Eyni zamanda, artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və yanğın təhlükəsizliyinə zidd digər halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunma qaydası haqqında söhbət aparılıb, həmçinin odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Müzakirə qapadılmışdır.