Sumqayıt şəhərində 16-cı mikrorayon ərazisində yanğın baş vermiş transformatorda təmir işləri başa çatıb.
Bu barədə “Report”un yerli bürosuna “Azərişıq” ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin “Sumqayıt Elektrik Şəbəkəsi”ndən məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarında transformatorda baş vermiş yanğınla əlaqədar olaraq ərazidə elektrik enerjisinin verilişində yaranmış fasilələr aradan qaldırılıb.
Qeyd edilib ki, transformatorda aparılan təmir işləri yekunlaşıb və ərazidə enerjisinin verilişi tam bərpa olunub.
Müzakirə qapadılmışdır.