Sumqayıt şəhərində abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Nəsimi adına Mədəniyyət və İstirahət Parkında yaşıllıqların artırılması məqsədilə yeni ağac və dekorativ kollar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Ərazidə iki min ədəd qızılgül, iki min beşyüz mövsümü gül, iki min iki yüz ədəd müxtəlif növ ağac əkilib.
Park ərazisində abadlıq işləri də aparılaraq istirahət mühitinin daha da yaxşılaşdırılması təmin olunub. Yaşıllıqların artırılması şəhərdə ekoloji tarazlığın qorunmasına və sakinlərin rahat istirahətinə xidmət edir.
Kateqoriyalar:
Etiketlər:
Müzakirə qapadılmışdır.