Sumqayıt Şəhərinin 75 illik yubileyi münasibətilə yeni avtobus dayanacaqlarının quraşdırılması işləri davam edir.
Son illər Sumqayıtda yol-nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülmüşdür. Şəhərin əsas yolları genişləndirilmiş, yeni avtobus marşrutları təşkil olunmuş və marşurut xətlərinə müasir avtobuslar buraxılmışdır.
Bu il Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə şəhərdə bir sıra yeniliklər həyata keçirilir. Bu çərçivədə St. Sumqayıt və Hacı Zeynalabdin qəsəbəsi ərazisində yeni avtobus dayanacaqlarının quraşdırılması işləri sürətlə davam edir. Şəhər sakinlərinin daha rahat və təhlükəsiz nəqliyyat xidmətlərindən faydalanması məqsədi ilə həyata keçirilən bu layihə eyni zamanda Sumqayıt şəhərinin daha da inkişaf etməsinə və sakinlərin həyat keyfiyyətinin artırılmasına yönəldilmiş mühüm addımlardan biridir.
Dayanacaqların quraşdırılması işləri davam edir və yaxın zamanda tamamlamağı nəzərdə tutulur.
Bu layihə çərçivəsində quraşdırılan dayanacaqlardan bir neçə fotonu təqdim edirik:
Müzakirə qapadılmışdır.