Sumqayıtda yeni marşrut xətti istifadəyə verildi

1207

Sumqayıt şəhərində ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə yeni marşrut xətti yaradılıb. Əvvəllər yalnız Sumqayıt–Ceyranbatan istiqamətində hərəkət edən 9 nömrəli marşrut xətti yenilənərək fəaliyyət dairəsi genişləndirilib. Artıq bu xətt Sumqayıt–Ceyranbatan–Saray- Sumqayıt marşrutu üzrə sərnişinlərə xidmət göstərəcək.

sumqayitxeber.com xəbər verir ki, yeniliklə yanaşı, sərnişinlərin rahatlığı üçün əlavə olaraq 9A nömrəli marşrut xətti də istifadəyə verilib. Yeni xətt Sumqayıt- Saray–Ceyranbatan–Sumqayıt istiqamətində hərəkət edəcək.

Şəhər sakinləri bu dəyişikliklərin gündəlik gediş-gəliş imkanlarını daha da yaxşılaşdıracağını və Sumqayıtla ətraf qəsəbələr arasında nəqliyyat əlaqəsini gücləndirəcəyini bildirirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər