Sumqayıtda yeni təhsil layihəsinin açılışı olub

2696

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada yeni təhsil layihəsinin açılışı olub

07 oktyabr 2024-cü il tarixində Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada “İngilis Dili Təlimi: Dijital Yeniliklər Dünyasına səyahət” adlı yeni layihənin açılış mərasimi baş tutub. Tədbirdə gimnaziyanın rəhbərliyi, layihənin rəhbəri, qabaqcıl təhsil işçisi adına layiq görülmüş Vüsalə Həbibova, həmçinin Khan Academy-nin Azərbaycandakı rəsmi nümayəndəsi iştirak edərək şagirdlərə və müəllimlərə layihə haqqında ətraflı məlumat veriblər.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş və ingilis dili təlimində yeni metodların tətbiqi məqsədini daşıyır. Tədris prosesi Khan Academy platforması üzərindən təşkil edilərək müasir dijital texnologiyaların imkanları ilə təhsilin daha interaktiv və effektiv olmasına şərait yaradacaq. Layihə xüsusilə 7 və 8-ci sinif şagirdləri arasında böyük maraqla qarşılanıb, şagirdlər layihə rəhbərinə və Khan Academy nümayəndəsinə suallar ünvanlayaraq, tədris prosesi və yeniliklər barədə müzakirələr aparıblar.

Vüsalə Həbibova bildirib ki, layihənin əsas məqsədi dijital yeniliklərdən və Khan Academy platformasının tədris imkanlarından istifadə etməklə, ingilis dili öyrənmə prosesini dinamik və motivasiyaedici etməkdir. Bu yanaşma şagirdlərə daha sürətli və əyləncəli öyrənmə imkanları yaratmaqla yanaşı, onların qrammatika və dil bacarıqlarının inkişafını dəstəkləyəcəkdir.

Layihə rəhbəri əlavə edib ki, altı ay davam edəcək layihə çərçivəsində şagirdlərin ingilis dilini daha sürətli və effektiv öyrənməsi, həmçinin Azərbaycan təhsil sistemində ingilis dili tədrisinə yeniliklərin gətirilməsi nəzərdə tutulur. Layihə tədris prosesinin interaktivliyini artırmaq və dünya ilə daha geniş əlaqələr qurmaq üçün mühüm bir addım olacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər