Sumqayıtda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.
Belə ki, 1998-ci il təvəllüdlü Əkbər Vəliyev aralarında yaranan mübahisə nəticəsində bacısının əri Arif Muxtarovu bıçaqlayaraq öldürüb.
Mərhumun atası Habil Muxtarov bildirib ki, ailələr arasında heç bir problem olmayıb:
“Ailə arasında problem olanda da insanı belə öldürmürlər. Dəlinin yeri dəlixanadır. Dəlinin birinə atası bıçaq verib deyir ki, narahat olma, pulumuz var, səni xilas edəcəyik”.
A.Muxtarovun bibisi oğlu Vaqif Əliyev qeyd edib ki, dayısı oğlu planlı şəkildə qətlə yetirilib:
“Dörd nəfər olublar. Deyirlər ki, guya tək olub. Amma bu belə deyil, 15 bıçaq xəsarəti alıb. Yeddi aylıq körpə balası var”.
Əkbər Vəliyevin bacısını ölümlə təhdid etdiyi səs yazısı və daha ətraflı Baku TV-nin süjetində:
10:12
İyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərərçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.
Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Müzakirə qapadılmışdır.