Sumqayıt şəhərində 11 gün əvvəl yıxılaraq xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.
“Report” un yerli bürosunun məlumatına görə, 1941-ci il təvəllüdlü Salmiyanova Tatyana Salmiyanovna iyulun 12-də şəhərin 3-cü mikrorayon ərazisində yıxılaraq xəsarət alıb.
Yaralı Sumqayıt şəhər 1 saylı Mərkəzi xəstəxanasına gətirilib.
Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.