Sumqayıtda yol hərəkəti ilə bağlı maarifləndirici kampaniya davam edir – VİDEO

350

Sumqayıt şəhərində yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı maarifləndirici kampaniya çərçivəsində tədbirlər davam etdirilir. Şəhər İcra Hakimiyyəti və Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya piyadalar arasında yol təhlükəsizliyi vərdişlərinin aşılanmasına yönəlib.

Kampaniya çərçivəsində gənc könüllülər şəhərin müxtəlif ərazilərində sakinlərlə maarifləndirici söhbətlər aparır, yol keçidlərindən düzgün istifadə qaydaları izah olunur. İlkin mərhələdə vətəndaşlara xəbərdarlıq ediləcək, növbəti mərhələdə isə qayda pozuntuları ilə bağlı inzibati tədbirlər görüləcək.

Ətraflı videonu təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər