8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhərində möhtəşəm hərbi yürüş təşkil olunub. Tədbir Vətən müharibəsində qazanılan tarixi Qələbənin beşinci ildönümünə həsr edilib.
Yürüş Sumqayıt Dənizkənarı Bulvarı ərazisində baş tutub. Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçular Zəfər marşları səsləndirərək bulvar boyunca addımlayıblar. Bayraqlar, musiqi və vətənpərvərlik ruhu ilə dolu yürüş Sumqayıt sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirdə çıxış edən şəhər rəsmiləri qeyd ediblər ki, bu yürüş Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və dövlətin qüdrətini bir daha nümayiş etdirir.
Qeyd edək ki, Sumqayıt şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.




Müzakirə qapadılmışdır.