Noyabrın 8-də — Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq
Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Sumqayıt şəhərində möhtəşəm bayram konserti və atəşfəşanlıq olacaq.
Konsert proqramı Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda təşkil ediləcək. Konsert proqramında Azərbaycan Respublikasının Xalq Artistləri – Röya Ayxan, Miri Yusif, Mübariz Tağıyev, Samir Cəfərov, Fidan Hacıyeva, Azərbaycan Respublikasının Əməkdar Artistləri – Mətanət İsgəndərli, Təyyar Bayramov, Azərbaycanın tanınmış müğənniləri Aytən Məhərrəmova, Şəmistan Əlizamanlı iştirak edəcəklər.
Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olacaq.
Konsert proqramı noyabrın 8-də saat 19.00-da başlayacaq və saat 21.00-da möhtəşəm atəşfəşanlıq olacaq.


Müzakirə qapadılmışdır.