Sumqayıtda Zəfər Gününün 5 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib

47

Sumqayıtda Zəfər Gününün 5 illiyi münasibətilə genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib

Sumqayıt şəhərində 8 Noyabr –Zəfər Gününün 5 illik yubileyi münasibətilə genişmiqyaslı ağacəkmə kampaniyası təşkil olunub.

Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Kampaniya çərçivəsində şəhərin müxtəlif ərazilərində, o cümlədən Sülh prospekti, Koroğlu və Bakı küçələri, Bakı–Quba şosesi boyunca, həmçinin Bulvar ərazisində ümumilikdə  11 min 800 ədəd ağac əkilib.

Ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri, gənclər, ictimaiyyət fəalları və könüllülər iştirak ediblər. Tədbir iştirakçıları Zəfər Gününün Azərbaycanın tarixi şanlı səhifəsi olduğunu vurğulayaraq, bu cür ekoloji layihələrin gələcək nəsillərə təmiz və yaşıllıqlarla zəngin bir Sumqayıt miras qoymaq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər