Sumqayıtda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili” adlı şahmat turnirinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.
Turnir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzi Abşeron-Xızı regional nümayəndəliyi və şəhid Şəhriyar Qasımov adına idman klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Yarış 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində baş tutub.
Təntənəli bağlanış mərasimi Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində bu kimi tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.
Sonda turnirin qaliblərinə qiymətli hədiyyələr, kubok, medal, diplom və pul mükafatları təqdim olunub.






Müzakirə qapadılmışdır.