Sumqayıtda “Toyota Prius”, “Mercedes” və “ Nissan” markalı avtomobillər toqquşub.
“Report”un yerli bürosu xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Müzakirə qapadılmışdır.