Sumqayıtda “Zülmətdə nur” - FOTOLAR

1721
Sumqayıt Dövlət Dram teatrında Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşaya ictimai baxış olub.
 
sumqayitxeber.com xəbər verir ki, səhnə əsəri kollektiv və ziyalılar tərəfdən müsbət qarşılanıb. Müzakirə zamanı quruluşçu rejissora və yaradıcı heyətin birgə işindən razılıq bildirilib.
Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi bu əsər 1937-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş mütəfəkkür şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır.
NKVD zindanlarında əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını əməkdar artist Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov, İzaməddin Bağırov aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, İlahə Səfərova və başqaları ustalıqla çatdıra bilirlər.
Qeyd edək ki, tamaşa Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib.
Tezliklə səhnə əsərinin premyerası nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər