Bakı-Quba yolunda baş vermiş ağır qəzada Vətən Müharibəsi qazisi həlak olub
Bakı-Quba yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Qəzada həyatını itirən şəxs 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğludur. O, 44 günlük Vətən Müharibəsinin iştirakçısı – qazisidir.
Ağır qəza nəticəsində aldığı xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib.
Qeyd edək ki, Ruslan Rzayev Vətən Müharibəsi zamanı Qubadlı, Xocavənd, Füzuli rayonları və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıqla vuruşub.
Onun vətən qarşısındakı xidmətləri daim hörmətlə xatırlanacaq. Allah rəhmət eləsin.
Müzakirə qapadılmışdır.