Sumqayıtdan bir neçə ölkəyə sürtkü yağlarının ixracına başlanılıb

456

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 2023-cü ildə ilk dəfə olaraq Kolumbiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağlarının ixracına başlayıb.

Bu barədə Trend-ə İZİA-dan məlumat verilib.

Qeyd edək ki, “ALCO” MMC tərəfindən 2023-cü il ərzində ümumilikdə 46 min ton məhsul satışı həyata keçirilib, bunun da 44 min tondan çox hissəsi dünyanın 35-dən artıq ölkəsinə ixrac edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər