Digər bölgələrimizdə, hətta Bakının özündə belə lift təsərrüfatında bu xidmət qurulmayıb. Uzaqdan idarəetmə, daimi nəzarət, operativ qəza xidməti! Artqı 6 ildir ki, Sumqayıtın lift sistemində tətbiq edilmiş innovasiya nəticəsində vətəndaşlar mükəmməl xidmətin şahididirlər. Və bu xidmət durmadan təkmilləşdirilir.
Sumqayıtın lift təsərrüfatı bir addım öndədir desək tam yerinə düşər. Burda həyata keçirilən intelektual idarə etmə sistemi artıq uğurları ilə seçilir. Şəhərin Mənzil föndunun balansındakı binaları onlayn qaydada izlənilir. Gördüyünüz monitorlarda hər bir liftin İT ünvanı və nömrəsi var və bu liftlərin dinamikası 24 saat izlənilir. Bununla da liftlərin həm qorunması həm də baş verə biləcək qəza hallarının operativ qaydada aradan götürülməsi həyata keçirilir. Beləliklə, 6 il ərzində baş verə biləcək gün ərzində 15-20 sayda belə çağırışlar qüsursuz şəkildə aradan götürülür.
Ağıllı şəhər layihəsinə və mükəmməl dispetçer xidmətinin davamı olaraq müəssisə layihə hazırlayıb, növbəti illərdə buna təkan veriləcək. Liftlərdə intelektual idarə etmə sistemi ilə yanaşı evkuator sistemləri tətbiq ediləcək. Evakutor sistemi işığı kəsildiyi halda lift hardadırsa növbəti mərtəbəyə yaxınlaşır qapıları açır və insanı təxliyə edir.
Bu sistemlə əlaqədar artıq bir neçə ayrı model liftlərdə müsbət effektli nəticəli testlər artıq aparılıb. Bununla parelel Sumqayıt şəhərindəki Dövlət Mənzil Fondunda olan liftlərin 1-ci mərtəbəsində kabinə qarşısında görüntü nəzarəti videogörüntü həyata keçirmək nəzərdə tutulub. Bu liftin istismar qaydalarına əhalinin riayət etməsində, həmçinin sakinlərin təhlükəsizliyi ilə əlaqədar bilavasitə əhəmiyyətdaşıyır. 35 illik fəaliyyəti ilə seçilən “Lift-servis” kollektivinin intelektul idarəetmə təcrübəsindən sınaq olaraq Gəncənin, Mingəçevirin və Şəmkirin bir neçə hündürmərtəbəli binalarında da istifadə edilib. Lliftlər bilavasitə Sumqayıtdan – 350-400 kilometr məsafədən distansion idarə edilərək təcrübə özünü doğruldub.
Müzakirə qapadılmışdır.