“Sumqayıt”ın 75-ci ev qələbəsi

144

“Sumqayıt” Misli Premyer Liqasında 75-ci ev qələbəsini qazanıb. “Gənclik şəhəri” təmsilçisi buna 223-cü matçında nail olub.

Bu, Misli Premyer Liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.

İlk ev qələbəsi 2011/2012 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib.

“Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər