Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş sənaye sərgisi keçirilib

1778

Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş “İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi inkişafın qarantıdır” mövzusunda keçirilən elmi-praktiki konfrans çərçivəsində sənaye sərgisi təşkil olunub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin aparıcı sənaye müəssisələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, Azərikimya İstehsalat Birliyi, SOCAR Karbamid Zavodu, SOCAR Polimer MMC, ATS FOOD MMC, Gilan Tekstil MMC, Alyans Tekstil MMC, Qartal Tikinti Firması, Bakı Qida və Yağ Fabriki, El Plastik MMC, Fin Plast MMC, Çinarlı MMC, Araz-L MMC, Fuad Kimya Servis MMC və RJ Xemikal MMC kimi istehsalçılar  öz məhsullarını nümayiş ediblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıtda yeni sənaye komplekslərinin yaradılması və mövcud müəssisələrin genişləndirilməsi şəhərin sənaye potensialını dəfələrlə artırıb. Sumqayıt tarixi şöhrətini yenidən bərpa edərək regionun mühüm sənaye mərkəzlərindən birinə çevrilib və Azərbaycan iqtisadiyyatında əhəmiyyətli mövqe tutmağa davam edir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər