Sumqayıt şəhərinin “Ağıllı şəhər” konsepsiyası hazırlanacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında deyib. Onun sözlərinə görə, pilot layihə üzrə 2023-cü ilin birinci rübündə işlərə başlanılacaq:
“Ağıllı şəhər” konsepsiyasının 3 istiqamət üzrə həyata keçirilməsi planlaşdırılır. Bunlar parkinq, vayfay, ictimai nəqliyyata bağlı müəyyən həllərdir”.
Müzakirə qapadılmışdır.