Sumqayıtın ən yaşlı sakini səs verib – FOTO

547

Parlamentə növbədənkənar seçkilərdə Sumqayıtda şəhər üzrə səs verənlərin 3641 nəfəri yaşlı nəslin nümayəndəsidir.
Onlardan birinin yaşı 100-dən çoxdur. 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır.

Bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyatı alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb.

Daşınan seçki qutusunun evə gətirilməsinə görə təşəkkürünü bildirən Zəri nənənin 8 övladı, 18 nəvəsi, 35 nəticəsi, 4 kötükcəsi var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər