Sumqayıtın küçələri müasir texnikalarla təmizlənir – VİDEO

637

Sumqayıt Şəhər Təmizlik Departamentinə 37 ədəd yeni texnikaverilib

Sumqayıt şəhərində ətraf mühitin mühafizəsi, küçə və ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu məqsədlə Sumqayıt Şəhər Təmizlik Departamentinin maddi-texniki bazası daha da gücləndirilib. Departamentin balansına 37 ədəd müasir təmizlik texnikası verilib.

Yeni texnikaların istifadəyə verilməsi şəhərin küçələrinin, park və xiyabanların daha effektiv və sürətli şəkildə təmizlənməsinə şərait yaradacaq. Bu addım eyni zamanda şəhərin ekoloji durumunun sağlamlaşdırılmasına, gigiyenik normalara uyğunlaşdırılmasına və sakinlərin daha komfortlu mühitdə yaşamasına xidmət edir.

Qeyd edək ki, son illər Sumqayıtda kommunal sahədə müasir yanaşmalar tətbiq olunaraq texnoloji avadanlıqların sayı artırılır. Şəhərdə təmizlik işləri gündəlik əsasda aparılır, məhəllədaxili yollar, əsas küçələr və ictimai zonalar müasir texnikalarla yuyularaq təmizlənir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən bu layihə şəhər infrastrukturunun daha da təkmilləşdirilməsinə yönəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər