“Sumqayıt”ın legioneri: Gedişatı dəyişməsək, turnir cədvəlinin aşağı pillələrində olacağıq

853

Mövsümün başa çatmasına 11 oyun qalıb, gedişatı tezliklə dəyişməsək, özümüzü turnir cədvəlinin aşağı pillələrində görəcəyik.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın futbolçusu Roi Kehat deyib.

31 yaşlı yarımmüdafiəçi evdə “Kəpəz”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV turunun matçı barədə danışıb: “Bu, yaxşı hazırlaşdığımız qarşılaşmalardan biri idi. Rəqibimiz meydanda kifayət qədər qərarlı deyildi. İlk hissədə bir neçə şansımız oldu. Fərqlənə bilsəydik, nəticə tamam fərqli olardı”.

İsraildən olan futbolçu qələbəsizlik seriyasının 4 oyuna çatmasına toxunub: “Bunun müxtəlif səbəbləri var. Məncə, növbəti matçlarda xarakter, əzmkarlıq və aqressivlik göstərməliyik. Çünki belə seriyalardan adətən çətin qələbə ilə çıxırsan. Son nəticələrdən sonra avrokuboklar barədə danışmaq olmaz. Yalnız növbəti görüşə diqqət yetirməliyik”.

Qeyd edək ki, “Sumqayıt” XXVI turda “Səbail”in qonağı olacaq. Martın 8-dəki qarşılaşma saat 19:00-da başlayacaq. “Gənclik şəhəri” təmsilçisi hazırda 36 xalla 4-cü pillədə qərarlaşıb. Üçüncü sıradakı “Neftçi” və beşinci yerdəki “Zirə” də eyni xala malikdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər