Sumqayıtın sərhədinin müəyyənləşdirilməsinə aydınlıq gətirilib

677

Sumqayıtın sərhədinin müəyyənləşdirilməsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, həm Ümummilli lider, həm Prezident, həm də Birinci vitse-prezidentimiz hər zaman Sumqayıt şəhərinə qayğı ilə yanaşıb. Cənab Prezidentimiz 32 dəfə Sumqayıtda səfərdə olub.

Deputat bildirib ki, 10 minlərlə insan bu gün Sumqayıtda ən yüksək əməkhaqqı ilə daimi işlə təmin olunub: “Təqdim olunan qanun layihəsinə görə, 1965-ci ilə qədər Sumqayıt sakinlərinin yaşadığı ərazilərdir. Bu gün həmin ərazidə 9000 ailə yaşayır. 9000 ailənin təminatı Sumqayıt şəhərinin üzərindədir, amma xəritədə digər rayonlara düşür. Ona görə də Prezident bu xəritənin dəqiqləşdirilməsi üçün təşəbbüs göstərib. O insanlar Sumqayıt şəhərində səs verirlər. Bu bir xəritə düzəlişidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər