Sumqayıtın su təsərrüfatında sayğaclaşma 90 faizə çatır – AÇIQLAMA

725

“Ötən il 117301 abonentə xidmət göstərilib ki, bundan 112614 abonent əhali, 4687 abonent qeyri-əhali kateqoriyasına aiddir. Hazırda əhali üzrə 100974 abonent və ya 89,7 faiz sayğacla təmin olunub”.
Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev bu barədə məlumat verib.

Xalid Quliyev bildirib ki, Sumqayıt Sukanal İdarəsinin öz imkanları hesabına məhəllədaxili su şəbəkələrində 2733,8 pm su xətti təmir edilib, 2626 pm su xətti isə yenisi ilə əvəz edilib: “2021-ci il ərzində 102 binanın zirzəmi su xəttində təmir işləri aparılıb və həmin zirzəmilərdə dəyişdirilmiş və təmir olunmuş su xətlərinin uzunluğu 541,3 pm təşkil edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər