Sumqayıt şəhərində təmizlik və abadlıq işləri davam etdirilir. Şəhərin “Yaşıl Dərə” yaşayış massivində növbəti iməcilik aksiyası təşkil olunub.
Aksiya çərçivəsində ərazidə toplanmış məişət tullantıları yığılaraq daşınıb, torpaqlama və abadlaşdırma işləri aparılıb. İməcilikdə şəhər təsərrüfatı qurumlarının əməkdaşları iştirak ediblər.
Görülən işlər nəticəsində “Yaşıl Dərə” yaşayış massivinin ərazisi daha səliqəli və təmiz vəziyyətə salınıb. ması,
İməciliklərin Sumqayıtın digər ərazilərində də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Müzakirə qapadılmışdır.