“Sumqayıt”ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib

73

“Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliçin köməkçiləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı serbiyalı mütəxəssisin köməkçiləri Veliçko Kaplanoviç, Şahin Abdullayev və Vurğun Hüseynov olacaq. Fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Darko Obradoviç yerinə yetirəcəksə, qapıçılar üzrə məşqçi Emil Babayev olacaq.

Qeyd edək ki, “Sumqayıt” Saşa İliçlə 1 illik müqavilə imzalayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər