Son on ildə Sumqayıt öz tarixinə tamamilə yeni bir səhifə yazdı. Prezident İlham Əliyevin hər səfəri, açılışlarda və təməlqoymalarda iştirakı ilə Sumqayıt yalnız sənaye mərkəzi kimi deyil, həm də müasir urbanistik şəhər kimi formalaşdı.
Şəhər abadlığı və infrastruktur sahəsində Sumqayıt tanınmaz dərəcədə dəyişdi. Dənizkənarı bulvar, yeni parklar, yollar, abadlaşdırılmış məhəllələr və müasir ictimai nəqliyyat şəhərin görkəmini Avropa standartlarına uyğunlaşdırdı.
Bu gün Sumqayıt təkcə sənayenin paytaxtı deyil, həm də sosial, mədəni və iqtisadi baxımdan müasir Azərbaycanın nümunəvi şəhərlərindən biridir. Son on ildə görülən işlər Sumqayıtı tamamilə dəyişdi, onu gələcəyin şəhərinə çevirdi.
sumqayitxeber.com son 10 ildə görülən işləri özündə əks etdirən video roliki təqdim edir:
Müzakirə qapadılmışdır.