Sumqayıtlı əkiz bacılardan möhtəşəm uğur – YÜKSƏK BALLA TİBB UNİVERSİTETİNƏ QƏBUL OLDULAR

4150

Sumqayıtda əkiz bacılar 660 baldan çox toplayaraq Tibb Universitetinə qəbul oldular

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları olan əkiz bacılar Məmmədli Ayan Zaur qızı və Məmmədli Nigar Zaur qızı bu ilki qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Onlar hər biri 660 baldan çox toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olublar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da əkiz bacıları təbrik edib, onların bu uğurunun həm ailələri, həm də bütün Sumqayıt ictimaiyyəti üçün fəxr doğurduğunu bildirib. O, gələcək təhsillərində və həkimlik fəaliyyətlərində onlara yeni nailiyyətlər və uğurlar arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər