Sumqayıtlı gənc Avropa çempionu olub

578

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

sumqayitxeber.com xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.

Qeyd edək ki, Rihad İbrahimli Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin şagirdidir.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər