Sevinc Qasımovaya yeni vəzifə verilib.
Sumqayitxeber.com-un məlumatına görə, Beynəlxalq Gənclər Ekspres Şəbəkəsinin (Youth Express Network) keçirilən virtual ümumi yığıncağında şəbəkənin yeni idarə heyəti üzvləri və üzv təşkilatları müəyyən olunub.
Sevinc Qasımova Mərkəzi Fransada yerləşən təşkilatın İdarə Heyətinə erməni rəqiblərini səs çoxluğu ilə məğlub edərək 2 il müddətinə üzv seçilib.
S. Qasımovanın namizədliyi “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən irəli sürülüb.
O, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktorudur.
Qeyd edək ki, Gənclər Ekspres Şəbəkəsi gənclər təşkilatlarından ibarət Avropa şəbəkəsi olub, əsas məqsədi gənclərin ehtiyac və iştirakının təmin olunduğu və qiymətləndirildiyi inkluziv cəmiyyət yaratmaqdır. Şəbəkə yerli, regional və beynəlxalq səviyyədə çalışan təşkilatlarla tərəfdaşlıq edir.
Müzakirə qapadılmışdır.