Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.
AMKF-in prezidenti Yaşar Bəşirovun “Report”a verdiyi məlumata görə, məsul post “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.
M.Seyidovun gəlişinədək baş katib vəzifəsində çalışmış Mir-Cabbar Seyidov isə bundan sonra məsul katib vəzifəsində çalışacaq. Yeni və əvvəlki baş katiblərin soyadları eyni olsa da, onların qohumluq əlaqələri yoxdur.
Qeyd edək ki, Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. O, 2014-cü il iyunun 27-də “İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü seçilib.
Müzakirə qapadılmışdır.