16-18 yaşlı gənclər seçmə komandasının favoritlərindən Murad Hacızadə (+76 kq) Avropa çempionatının bürünc medalını qazandı.
Perspektivli Sumqayıt karateçisinin çempionluq şansı olsa da, sonradan qızıl medal qazanan Bosniya və Herseqovinalı idmançı ilə 2:2 hesabı ilə başa çatan görüşdə qələbə rəqibə verildi.
2-ci dövrədə erməni idmançıya 6:o hesabı ilə qalib gələn Həsən Əliyev (16-18 yaşlı gənclər, -55 kq) yarımfinalda məğlub olaraq təsəlliverici görüşlərə qatılsa da, son anda bürünc medalı əldən verib. Ondan başqa eyni yaş qrupunda təsəlliverici görüşlərə qatılan Hümmət Baxşəliyev (-61 kq) və Fidan Teymurova da tatamidən qələbəsiz ayrılıb.
Beləliklə 2 bürünc medala sahib olan Azərbaycan karateçiləri mükafat qazana bilən 30 ölkə arasında 19-cu pilləyə yüksəldi. Yarışın son günü, 19 fevralda 21 yaşadək idmançılar mübarizəyə qatılacaq.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Sofiya, Bolqarıstan.
Müzakirə qapadılmışdır.