Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən mükafatlandırılanlar arasında Sumqayıtlı idmançı Qiyasov Mirağa Şahbulaq oğlu da var.
Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mirağa Qiyasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qeyd edək ki, əməkdar məşqçi, “Tərəqqi” medalçısı Mirağa Qiyasov Sumqayıt şəhər sambo bölməsinin baş məşqçisidir.
Qiyasov Mirağa Şahbudaq oğlu 1973-cü ildən idmanın sambo güləşi üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Yetirmələri Respublika, Dünya və Avropa çempionatları və birinciliklərinin qalibi və mükafatçısı olmuşdur. Hazırda Sumqayıt şəhər yığma komandanın baş məşqçisidir. M.Qiyasovun onlarla idmançının üzə çıxarılması və ölkəmizi Beynəlxalq arenalarda layiqincə təmsil etməsində müstəsna əməyi olmuşdur. Bunlardan dünya və Avropa yarışlarının qalibi və mükafatçıları Qalib Hümbətov, İbrahim Əliyev, Teymur Yəhyayev, Səbuhi Bədəlov, Vüsal Şəfiyev, Faiq Qiyasov, Rövşən Xəlilov və Elnur Əhmədovu göstərmək olar. “Tərəqqi” medalçısı, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və işçisi“, Azərbaycan Respublikasının Əməkdar Məşqçisidir.
Müzakirə qapadılmışdır.