Sumqayıtlı idmançı Rəhim Abasəliyevə vəzifə verildi

1485

Sumqayıtlı idmançı Rəhim Abasəliyevə Böyük Etimad!

Azərbaycan kikboksinq ictimaiyyəti üçün mühüm xəbər! Azərbaycan Respublikasının “Əməkdar məşqçisi”, kikboksinq idman növünün inkişafında böyük xidmətləri olan sumqayıtlı idmançı Rəhim Rəfi oğlu Abasəliyev Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin qərarı ilə Hakimlər Kollegiyasının sədr müavini təyin edilib.

Onun rəhbərliyi altında yetişən idmançılar müxtəlif beynəlxalq və respublika yarışlarında uğurlar qazanıblar. Rəhim Abasəliyevin sumqayıtlı gənclərin peşəkar kikboksinqə marağının artmasında və onların yüksək nəticələr əldə etməsində böyük rolu olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər