Sumqayıtlı idmançı XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək

1285

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub. Onların arasında sumqayıtlı idmançı Məmmədəliyeva Gültac Mais qızı da var.

Məmmədəliyeva Gültac Mais qızı 20 sentyabr 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2008-ci ildən cüdo idman növü ilə məşğul olmağa başlayıb. İdmançının Məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Zaur Rəcəblidir.

Gültac Məmmədəliyevanın idman nəticələri:

Yeniyetmələr arasında Avropa Çempionatı 2016, İspaniya III yer,
Yeniyetmələr arasında Avropa Çempionatı 2017, Sloveniya III yer,
Gənclər arasında Avropa Kuboku, 2017, Rusiya III yer
Cluj-Napoca Avropa oyunları, 2018, Rumıniya, I yer
U23 Avropa Çempionatı, 2020, Xorvatiya, II yer
İslam Həmrəyliyi Oyunları, 2021, Türkiyə, III yer
Düşənbə Qran Prisi, 2023, Tacikistan, II yer

Qeyd edək ki, idmançımız Gültac Məmmədəliyeva 26 iyul 2024-cü il tarixində Fransanın Paris şəhərində keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarında şəhərimizi təmsil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər