“Tərəqqi” medalçısı, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” Vaqif Zeynalovun 80, “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, “Tərəqqi” medalçısı, Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanovun 50 illik yubileyləri münasibəti ilə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsində görüş təşkil olunub.
Görüş zamanı tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısnın birinci müavini Teymur Səmədov və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsin rəsi Telman Kərimov yublyarları salamlayaraq onların şəhərin bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə dərin təşəkkürünü bildirib.
Teymur Səmədov yubilyarları Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından təbrik edərək onlara uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb. Bildirib ki, Vaqif Zeynalov və Fuad Aslanov uzun illər ərzində idmanın inkişafına, gənc nəslin sağlam ruhda formalaşmasına və Sumqayıtın idman ənənələrinin zənginləşməsinə mühüm töhfələr veriblər. Qeyd olunub ki, onların qazandıqları uğurlar və yetişdirdikləri idmançılar şəhərin idman salnaməsində xüsusi yer tutur və gələcək nəsillər üçün nümunədir.
Yekunda yublyarlara Sumqayıt şəhər İcra Hakimiyyətinin və Regional İdarənin fəxri fərmanları təqdim olunub.



Müzakirə qapadılmışdır.