Sumqayıtlı jurnalistə bələdiyyədə vəzifə verildi

151

Sumqayıt Bələdiyyəsində yeni təyinat
Sumqayıt şəhərində media və ictimaiyyətlə əlaqələr sahəsində kadr dəyişikliyi baş verib. Telejurnalist və media mütəxəssisi Nizami Rəsulov Sumqayıt Bələdiyyəsinin İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu barədə məlumatı Sumqayıt Bələdiyyəsi yayıb.

Nizami Rəsulov uzun illər ölkə mediasında jurnalist və reportyor kimi fəaliyyət göstərib. O, “XəzərXəbər”də çalışıb, həmçinin Den.az və Denaztv Media GROUP-un təsisçi direktorudur.

Yeni təyinatın məqsədi Sumqayıt Bələdiyyəsinin informasiya siyasətinin və ictimaiyyətlə əlaqələrinin daha səmərəli təşkili, sakinlərlə kommunikasiya imkanlarının genişləndirilməsidir.

Qeyd edək ki, son illərdə yerli özünüidarəetmə orqanlarında ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, açıq məlumat siyasətinin təşviqi və media ilə əməkdaşlığın artırılması diqqət mərkəzindədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər