Sumqayıtlı jurnalistin iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib

747

Bu gün (05 Oktyabrda) Bakı Apellyasiya Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə Elçin Həsənovun Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə  prosesində iddiaçı Elcin Həsənov cıxış edərək ona qarşı  39-cu polis bölməsi əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü və polislər tərəfindən xəsarət aldıgını hakimlərin nəzərinə catdırıb.

Elçin Həsənov, araşdırmanı aparan Səbail rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın polis əməkdaşlarının əməlində cinayət tərkibinin olmaması əsasları ilə cinayət işinin başlanmasından imtina etdiyinidə hakimin nəzərninə catdırıb: “Hansı ki, şikayət ərizəmə hadisəni əks etdirən video və foto görüntülər də əlavə edilmişdi. Adıçəkilən qurum işi araşdırdıqdan sonra mənə cavab məktubu yazıblar”.

Qarşı tərəfin nümayəndəsi prosesdə iştirak etmediyindən hakim N. Abbasov mehkəmə prosesini 19 Oktyabr saat 15-nə təyin etdi.

Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu polis bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər